İlkay Gündoğan “Barcelona”nın kadrosunda yoxdur

Bakı, 17 avqust, Sporaz.tv

Barcelona“nın təcrübəli adı İlkay Gündoğan La Liqada mövsümün ilk matçını buraxacaq. Məşq zamanı başından zərbə alan İlkay Gündoğan “Valencia” matçı üçün heyətə daxil edilməyib.

Sporaz.tv xəbər verir ki,adı transfer söz-söhbətlərində hallanan və Türkiyə klublarına da yazılan İlkay Gündoğan yeni mövsümə uğursuz başlayıb.

İlkay Gündoğan La Liqanın ilk həftə matçında bu axşam səfərdə “Valencia” ilə qarşılaşacaq “Barcelona”da oynaya bilməyəcək.

“Barcelona”dan verilən açıqlamada İlkay Gündoğanın məşqdə başından zərbə aldığı və ehtiyat tədbiri olaraq “Valencia” matçı üçün komandaya daxil edilmədiyi bildirilib.

Bahar Rüstəm