İlk mərhələnin qalibi Romain Bardet olub

Bakı, 30 iyun, Sporaz.tv

DSM-Firmenich PostNL komandasının fransalı idmançısı Romain Barde, yol velosipedinin ən mühüm yarışı olan Tour de France-ın açılış mərhələsində qalib gəlib.

Sporaz.tv xəbər verir ki, 1903-cü ildən bəri təşkil edilən turların ən qədimi və ən prestijlisi sayılan “Tour de France”ın startı 26-cı dəfə Fransadan başqa bir ölkədən verilib. İtaliya təşkilatın tarixində ilk dəfə açılış mərhələsinə ev sahibliyi edib.

Florensiya və Rimini arasında 206 kilometrlik açılış mərhələsində Romain Barde 5 saat 7 dəqiqə 22 saniyə nəticə ilə birinci olaraq, ilk dəfə sarı maykanı qazanıb.

Bardenin komanda yoldaşı, hollandiyalı sürücü Frank van den Broek ikinci, “Visma-Lease a Bike” komandasından belçikalı Wout van Aert isə üçüncü yeri tutub.

Təşkilat bu gün Cesenatico və Bolonya arasındakı 199,2 kilometrlik mərhələ ilə davam edəcək.

Tur, 21 mərhələnin sonunda 21 iyul bazar günü Fransanın Nice şəhərində başa çatacaq.