Mövsümlə bağlı açıqlama:”Transfer təklifləri aldıq”

Bakı, 20 iyun, Sporaz.tv

Rizespor“un baş məşqçisi İlhan Palut Super Liqa mövsümünün son həftələrinə Avropa kubokunda daxil olduqlarını xatırladaraq, AnkaragücüBeşiktaş matçlarında son anda buraxdığımız qollar həqiqətən komandada ruh düşkünlüyü yaratdı. Son 5 həftədə komanda alt-üst oldu” dedi.

Sporaz.tv xəbər verir ki,  “Rizespor” 2023-2024 mövsümünü Trendyol Super Liqasında 9-cu pillədə başa vurub.

“Rizespor”un baş məşqçisi İlhan Palut, futbolçu inkişafı baxımından çox yaxşı bir mövsüm keçirdiklərini və bəzi oyunçularının transfer təklifləri aldığını bildirib.

Yeni mövsümdə “Rizespor”un baş məşqçisi olacaq Palut 2023-2024 mövsümünün onlar üçün əyləncəli keçdiyini bildirib.

Ötən mövsüm uzun müddətdir avrokuboklara qatılmaq yarışında olduqlarını xatırladan Palut ictimaiyyətin gözəl həmrəylik nümunəsi göstərdiyini və azarkeşlərin hər şəraitdə komandaya dəstək verdiyini bildirib.

İlhan Palut “Rizespor”un 2023-2024 mövsümünə hər cür tarazlığı nəzərə alaraq başladığını qeyd edərək, “Mövsümün əvvəlindən aşağı liqadan 12 futbolçu ilə davam etdik. Aşağı liqadan oyunçularımız uzun müddət liqada oynadılar. Mithat Pala, Benhur Keser, Emirhan Topçu, Halil İbrahim Pehlivan Olawoyin kimi oyunçular komandanın əhəmiyyətli parçaları oldu” dedi.

Bahar Rüstəm