“Iğdır FK”da ayrılıq qərarı

Bakı, 1 iyul, Sporaz.tv

Trendyol 1-ci Liqasının yeni komandası Alagöz Holding Iğdır FK, baş məşqçi Serdar Bozkurtla yollarını ayırdıqlarını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, klubdan verilən açıqlamada, “Məşqçimiz Serdar Bozkurtla qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Ona və komandasına töhfələrinə görə təşəkkür edir və gələcək karyeralarında uğurlar arzulayırıq.”-deyildi.

47 yaşlı məşqçi, komandanı TFF 2-ci Liqasından Trendyol 1-ci Liqasına çıxarıb.