İdmançımız Dünya Kubokunda finala yüksəlib

Bakı, 23 may, Sporaz.tv

İdman gimnastikası üzrə Azərbaycan millisinin üzvü Nazənin Teymurova Bolqarıstanın Varna şəhərində keçirilən “Challenge” seriyasına aid Dünya Kubokunda finala yüksəlib.

Sporaz.tv AZƏRTAC-a istinadən xəbər verir ki, o, dayaqlı tullanma proqramında həlledici mərhələdə iştirak hüququ qazanıb. 

Bu gün start götürən Dünya Kubokuna mayın 26-da yekun vurulacaq.