Bakı, 10 oktyabr, Sporaz.tv
“Fenerbahçe” ilə müqaviləsini hələ yeniləməyən Bright Osayi-Samuel üçün “Galatasaray” iddiaları gündəmə gətirilib. Osayi-Samuelin sosial media hesabındakı paylaşımı diqqət çəkib.
Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” ilə müqaviləsinin son ilində olan Bright Osayi-Samuel hələ komandası ilə yeni müqavilə imzalamayıb.
“Galatasaray”ın beynəlxalq fasilədən sonra “Fenerbahçe”nin masa arxasında olacağı Osayi-Samuellə bağlı iddiaları da mətbuatda yer alıb.
Digər tərəfdən, nigeriyalı sağ cinah müdafiəçisi sosial media hesabında diqqətçəkən paylaşım edib. Osayi-Samuel “sus” üz emojisinin yanında sarı-tünd mavi ürəklərin qeydini yazdı.
“Fenerbahçe” 2020-21 mövsümünün ara transfer dövründə “QPR”dən Osayi-Samueli 508 min avroya transfer edib.
“Sarı-göylü” formada ümumilikdə 145 matça çıxan 26 yaşlı futbolçu 7 qol və 14 məhsuldar ötürmə ilə hesaba töhfə verib.
Osayi-Samuel 2022-23 mövsümündə “Fenerbahçe” ilə Türkiyə Kubokunun qalibi olub.
Bahar Rüstəm