“İcardi”ni tarixə salan qol

Bakı, 24 oktyabr, Sporaz.tv

Mauro Icardi, UEFA Avropa Liqasında “Elfsborg“u 4-3 hesabı ilə məğlub edən Galatasaray (Qalatasaray)-da vurduğu qolla klub tarixinə düşüb.

Sporaz.tv xəbər verir ki, Mauro Icardi sarı-qırmızılı formada 61-ci qoluna imza atıb.

Beləliklə, argentinalı ulduz Galatasaray (Qalatasaray) tarixində ən çox qol vuran 2-ci əcnəbi futbolçu olub. Bu uğuruyla o, klubun əfsanəvi futbolçusu Milan Barosu geridə qoyub.

31 yaşlı mərkəz hücumçunun növbəti hədəfi 72 qolu olan və Galatasaray (Qalatasaray) tarixində ən çox qol vuran əcnəbi futbolçu Gheorghe Hagini keçməkdir.

Mauro Icardi bu mövsüm Galatasaray (Qalatasaray)-ın heyətində 12 oyun keçirib. Argentinalı ulduz, bu matçlarda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.