İcardidən “Galatasaray”a pis xəbər

Bakı, 1 sentyabr, Sporaz.tv

Galatasaray” “Adana Demirspor” matçında zədələnən Mauro İcardinin zədəsi ilə bağlı açıqlama verib. Sarı-qırmızılar İcardinin yuxarı sağ arxa əzələ qrupunda 2-ci dərəcəli gərginliyin (gərginlik, qanaxma və qismən yırtılma) aşkar edildiyini bildirdi.

Sporaz.tv xəbər verir ki, Super Liqada “Galatasaray”ın “Adana Demirspor”u 5:1 hesabı ilə məğlub etdiyi matçda zədələnən Mauro İcardidən pis xəbər gəlib. “Sarı-qırmızılar” MRT-dən keçən argentinalı hücumçunun yuxarı sağ arxa əzələ qrupunda 2-ci dərəcəli gərginlik (gərilmə, qanaxma və qismən yırtılma) diaqnozu qoyulduğunu açıqlayıb.

Mauro İcardinin 3-4 həftə meydanlardan uzaq qalacağı və Super Liqada oynanılacaq “Fenerbahçe” derbisini buraxacağı gözlənilir.

Bahar Rüstəm