İcardidən Fenerbahçe sürprizi

Bakı, 17 sentyabr, Sporaz.tv

Zədəsi səbəbindən ölkəsi Argentinada müalicə olunan Mauro İcardinin “Fenerbahçe“(Fənərbaxça) derbisi üçün Okan Burukdan istəyib olduğu iddia edilib. İstanbula qayıtmağa hazırlaşan və derbidə oynamaq istəyən İcardi ilə bağlı qərar, yoxlamalardan sonra veriləcək.

Sporaz.tv məlumat verir ki, Fenerbahçe derbisi öncəsi “Galatasaray“(Qalatasaray)-da Mauro İcardinin diqqətçəkən inkişafı oldu.

Müalicəsi Argentinada davam edən Mauro İcardi, “Fenerbahçe” derbisinə ilk 11-də başlamaq istəyir.

Argentinalı ulduz Okan Buruka zəng edərək: “İcazə verin, özəl təyyarə ilə gəlim. “Fenerbahçe” matçına gedim” deyib. Onun dediyi iddia edilib.

Buruk İcardiyə: “Sən tam sağalmayana qədər səni meydanda oynada bilmərik. Gəl, yoxlatdıraq, sonra qərar verək”- dedi.

İcardinin derbi heyətində olması gözlənildiyi halda, Burukun Victor Osimhenə ilk 11-də şans verəcəyi düşünülür.

İcardi bu mövsüm 6 matçda “Galatasaray”-ın formasını geyinib. 31 yaşlı futbolçu bu matçlarda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Leave a Reply