İcardi üçün transfer iddiası: “Böyük arzu”

Bakı,29 may,Sporaz.tv

Super Liqada mövsümü 102 xalla çempion kimi başa vuran Galatasaray (Qalatasaray)-da qələbənin memarlarından biri də Mauro İcardi olub.

Sporaz.tv xəbər verir ki, İtaliya mətbuatı Galatasaray (Qalatasaray)-ın argentinalı ulduzu ilə bağlı diqqət çəkən iddia ilə çıxış edib.

Mauro İcardi 2023-2024 mövsümündə çempionluq xəttində olan Galatasaray (Qalatasaray)-da liqada 25 qol vuraraq bombardiri olub.

2 mövsümdür “Qalatasaray”ın çempionluğunun əsas memarlarından olan argentinalı hücumçu ilə bağlı İtaliya mətbuatında təəccüblü iddia irəli sürülüb.

Türk mediasının xəbərlərinə görə, İtaliya A Seriyasının yeni komandalarından olan Komo İcardi ilə maraqlanır.

21 ildən sonra İtaliya A Seriyasına qayıtmaq üçün həyəcanlı olan Komo dünyaca məşhur futbolçunu heyətinə qataraq iddialı bir heyət qurmağı hədəfləyir.
Mauro İcardinin transferini “böyük arzu” kimi görən Komonun ulduz hücumçu üçün hansı addımı atacağı maraq doğurur.

Galatasaray (Qalatasaray)-ın çempionluq şənliyində açıqlama verən İcardi “Galatasaray (Qalatasaray) üçün çox puldan imtina etdim. Cəmiyyət üçün, azarkeşlər üçün, rəhbərlik üçün, məşqçim üçün, Galatasaray (Qalatasaray) üçün… Gələn il də burada olacam. 5-ci ulduz üçün mübarizə aparacağıq. Galatasaray onsuz da çox böyükdür. “Galatasaranı daha da böyüdəcəyik” deyib.

Superliqada bombardirlər siyahısına yüksələn Mauro İcardi bu mövsüm bütün turnirlərdə ümumilikdə 47 matçda meydana çıxıb.31 yaşlı futbolçu bu matçlarda 32 qol vurub, 12 məhsuldar ötürmə edib.