Bakı, 13 oktyabr, Sporaz.tv
“River Plate“-in “Galatasaray“(Qalatasaray)-ın hücumçusu Mauro İcardi ilə maraqlandığı iddia edilirdi. Argentina mətbuatı, bu transferi etmək üçün yeganə variantın River Pleyt olduğunu bildirib.
Sporaz.tv məlumat verir ki, son həftələr “Galatasaray”-dakı çıxışı tənqid edilən “Mauro İcardi”-nin adı “River Plate” ilə hallanır.
Argentina mətbuatı, “River Plate”-nin təcrübəli hücumçuya marağının davam etdiyini iddia edib. Lakin baha başa gəldiyinə görə “River Plate”-nin bu transferi reallaşdırmaq şansı kifayət qədər aşağıdır. Argentina mətbuatında çıxan xəbərlərdə, İcardinin transferini reallaşdırmaq üçün futbolçunun ölkəsinə qayıtmaq istəyindən “River Plate”-nin istifadə edəcəyi iddia edilmişdi.
River Plate-in ən güclü kartının İcardinin Argentinada yaşamaq istəyi olduğu bildirilərkən, hələ də böyük bir müqavilənin hazırlanmasının lazım olduğu vurğulanıb.
“Galatasaray” Sportif A.Ş. Vitse-prezident İbrahim Hatipoğlu, bu yaxınlarda “Milliyet”ə İcardinin gələcəyi ilə bağlı müsahibə verib.
Hatipoğlu açıqlamasında İcardinin komandadan ayrılmayacağını bildirərək: “O, bizim üçün çox dəyərli futbolçudur. Əgər bu mövsüm liqada və Avropada hədəflərimizə çatmaq istəyiriksə, İcardinin bu işdə mühüm rolu olacaq.”