İcardi qayıdır, amma meydanda oynaya bilməyəcək

Bakı, 16 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-da zədələnən Mauro İcardinin müalicəsi Argentinada davam edir. Təcrübəli mərkəz hücumçusunun tezliklə Türkiyəyə dönəcəyi gözlənilir. İcardinin yenidən meydana çıxması üçün vaxt lazımdır. Argentinalı futbolçunun tam hazır olana qədər oynamaq istəmədiyi bildirilib.

Sporaz.tv məlumat verir ki, “Çaykur Rizespor” maneəsini itkisiz keçən “Galatasaray” “Gaziantep FK” matçının hazırlıqlarını davam etdirir. Sarı-qırmızılılarda Mauro İcardi ilə bağlı yeni bir inkişaf yaşandı.

Müalicəsi Argentinada davam edən Mauro İcardinin bu həftə Türkiyəyə dönməsi gözlənilir.

Bununla belə, argentinalı ulduzun meydana çıxması bir az daha vaxt aparacaq. İcardinin yenidən “Galatasaray” formasını geyinməsinin 2 həftə çəkəcəyi gözlənilir.

Digər tərəfdən, İcardinin 100 faiz hazır olmadan meydana çıxmaq istəmədiyi bildirilib.

Leave a Reply