İcardi paylaşdığı post ilə qayıtdığını açıqlayıb

Bakı, 19 sentyabr, Sporaz.tv

Argentinada müalicə alan Mauro İcardi, İstanbula qayıdıb. Təcrübəli hücumçu sosial şəbəkədə paylaşım edərək geri döndüyünü açıqlayıb.

Sporaz.tv məlumat verir ki, Okan Burukun zədəsi səbəbindən derbi matçında meydana çıxmayacağını bildirən Mauro İcardi, müalicə üçün getdiyi Argentinadan qayıdıb.

Mauro İcardi sosial şəbəkədəki paylaşımında İstanbuldakı evinin fotosunu paylaşaraq, “Günaydın” yazıb və Türkiyə bayrağı emojisindən istifadə edib.

Okan Buruk əvvəlki açıqlamasında: “Mauro İcardinin müalicəsi davam edir, hazırda oynaya biləcək vəziyyətdə deyil. Onun oynaması üçün hələ tezdir. Düşünürəm ki, bizə ən azı 1 həftə 10 gün lazımdır. “Fenerbahçe” matçında olmayacaq”- ifadələrini işlədib.

Leave a Reply