I Liqa çempionu Azərbaycan Premyer Liqasında

Bakı, 17 may, sporaz.tv

Futbol üzrə Azərbaycan I Liqasında 2023-2024-cü illər mövsümünün mükafatlandırma mərasiminin tarixi bəlli olub.

Yerli media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, tədbir mayın 23-də baş tutacaq. Çempion komandaya qızıl medallar və kubok mövsüm ərzində ev oyunlarını keçirdiyi stadionda təqdim olunacaq.

Mükafatlandırma mərasimi məkandan asılı olmayaraq saat 17:00-da başlanacaq.

Qeyd edək ki, I Liqada çempion olan komanda növbəti mövsüm Azərbaycan Premyer Liqası-da mübarizə aparacaq.

Mənbə:Azərtac