Hər kəs “Lyon” qapıçısının ötürməsindən danışır

Bakı, 5 avqust, Sporaz.tv

Union Berlin” – “Lyon” yoldaşlıq oyununda Fransa yığmasının qapıçısı Lucas Perri, gözəl ötürmə edib. Perrinin məhsuldar ötürməsi sosial şəbəkələrdə yayılıb.

Sporaz.tv xəbər verir ki, Almaniya təmsilçisi “Union Berlin” və Fransanın “Lyon” komandaları yoldaşlıq görüşündə üz-üzə gəlib.

“Lyon”-un , 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada, Fransa yığmasının qapıçısı Lucas Perri, məhsuldar ötürməsi ilə fərqlənib.

Nigeriyalı hücumçu, səliqəli zərbə ilə komandasını 3:0 önə keçirən qola imza atıb. Qapıçı Lucas Perrinin ötürməsi matça damğasını vurub.