Həm futbolun, həm də rəqəmsal dünyanın fenomeni: CR7

Bakı, 13 sentyabr, Sporaz.tv

Portuqaliyalı futbolçu Cristiano Ronaldo həm meydanda, həm də meydandan kənarda populyar olaraq qalır. Sosial mediadan aktiv istifadə edən 39 yaşlı CR7, bütün platformalarda ümumilikdə 1 milyard izləyiciyə çatıb.

Sporaz.tv xəbər verir ki, adını futbol tarixinə qızıl hərflərlə yazan portuqaliyalı Cristiano Ronaldonun rəqəmsal dünyada rəqibi yoxdur.

Son zamanlar internetin geniş yayılması ilə fenomenə çevrilən 39 yaşlı futbolçu əldə olunması çətin olan daha bir uğura imza atıb.Yaşıl meydanlarda bir çox rekorda sahib olan Ronaldonun istifadə etdiyi bütün sosial şəbəkələrə görə izləyici sayı 1 milyarda çatıb.

Al Nassr” komandasında çıxış edən futbolçu, bu kütləyə çatan ilk futbolçudur.

Mövzu ilə bağlı açıqlama verən ulduz , “Tarix yazdıq. 1 milyard izləyici! Bu, rəqəmdən də artıqdır. Bu, ortaq ehtirasımızın, qətiyyətimizin və sevgimizin sübutudur”- sözlərini deyib.

Leave a Reply