Hummels birindən başqa, bütün təklifləri rədd etdi

Bakı, 2 avqust, Sporaz.tv

Beşiktaşın da transfer gündəmində olan Mats Hummelsin İtaliyanın Bologna komandasından gələn təklifi dəyərləndirdiyi, Fransa və Səudiyyə Ərəbistanından gələn istəkləri rədd etdiyi iddia edilib.

Dortmund “Borussia“sı ilə müqaviləsi başa çatan və adı transferdə “Beşiktaş“la da hallanan Mats Hummels yeni komandası ilə bağlı qərar prosesindədir.

Hummels, A Seriya komandası Bolognadan aldığı transfer təklifini dəyərləndirməyə davam edir.

Bu arada, alman müdafiəçinin Fransa və Səudiyyə Ərəbistanından da təklif aldığı, lakin bu istəkləri geri çevirdiyi bildirilib.

Beşiktaş vitse-prezidenti Hüseyn Yücel, ötən həftələrdə verdiyi açıqlamada, “Hummels transferləri ilə maraqlanırıq, lakin onların reallaşma ehtimalı sıfırdır”-dedi.