“Hull City”nin yeni transferi son çempionatda

Bakı, 28 avqust, Sporaz.tv

İngiltərə çempionatının komandalarından olan “Hull City“(Hall Siti) mövsümün sonuna qədər “Bayer”dən yarımmüdafiəçi Gustavo Puertanı icarəyə götürüb.

Sporaz.tv məlumat verir ki, “Hull City” yarımmüdafiəçinin transferini açıqlayıb.

Çempionat komandasından verilən açıqlamada 21 yaşlı yarımmüdafiəçi Gustavo Puertanın satın alma işləri ilə mövsümün sonuna qədər “Bayer Leverkuzen”-dən icarəyə götürüldüyü bildirilib.

Transferə gəlincə, “Hull City, Almaniya çempionu “Bayer Leverkusen“-dən mövsümün sonuna qədər icarə əsasında kolumbiyalı yarımmüdafiəçi Gustavo Puertanı imzaladığını elan etməkdən məmnundur.”-ifadələrdən istifadə olunurdu.

Futbolçu karyerasına ölkəsinin Bogota komandasında başlayan Gustavo Puerta, 2022/23 mövsümündə “Leverkuzen Bayer” ilə anlaşıb.

İcarə olaraq “Bayer”ə transfer olunduğu mövsümü Nürnbergdə keçirən gənc yarımmüdafiəçi, mövsümün sonunda komandaya qayıdıb.

Puerta, ötən mövsüm “Bayer Leverkuzen”-də 10 matçda iştirak edib. 21 yaşlı yarımmüdafiəçi karyerası ərzində 42 matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.