“Hücum edəcəklərini bilirdik”

Bakı,11 iyun,Sporaz.tv

Yoldaşlıq görüşündə Türkiyəni 2:1 hesabı ilə məğlub edən Polşa Milli Futbol Komandasının məşqçisi Michal Probierz rəqibləri ikinci hissədə təsirli olsalar da, qələbəyə layiq olduqlarını bildirib.

Sporaz.tv xəbər verir ki, paytaxt Varşavadakı PGE Narodowy Stadionunda oynanılan matçdan sonra təşkil edilən mətbuat konfransında danışan Probierz: “Topa necə sahib olacağımızı bilirik. Topun istiqamətini dəyişməyi bacarırıq, bu gün hamımız bunu gördük.

Bizim ən böyük Dezavantaj odur ki, hücum məsələsinə diqqət yetirməliyik” .İkinci yarıda bir az türklərin hücuma keçəcəyini bilirdik, Türkiyənin iki yaxşı mövqeyi var idi, məncə qələbəyə layiq idik”.

Vüqar ALIŞOV