Hollandiyada ofsayd qaydası üçün sürpriz qərar

Bakı, 5 sentyabr, Sporaz.tv

Hollandiya Futbol Federasiyası həvəskar liqalarda ofsayd qaydalarını ləğv etməyi planlaşdırır. Mübahisəli qərarlar səbəbindən oyunun xeyli dayandırıldığı və davaların artması səbəbindən bu qərarın verilə biləcəyi bildirilib.

Sporaz.tv xəbər verir ki, Hollandiyada həvəskarlar liqalarında ofsayd qaydası tezliklə ləğv edilə bilər.

Reuters-də dərc olunan xəbərdə Hollandiya Futbol Federasiyasının həvəskar liqalarda ofsayd qaydasını aradan qaldıraraq artan zorakılıq hadisələrini azaltmağı planlaşdırdığı bildirilir.

Bildirilib ki, ötən mövsüm hakimlərə edilən hücumlara görə 1864 matç dayandırılıb. Bu rəqəmin əvvəlki mövsümlə müqayisədə 11 faiz artdığı, son 5 illik dövrdə isə 58 faiz artım olduğu qeyd edilib.

2012-ci ildə köməkçi-gənclər liqasında keçirilən oyunda baş hakim köməkçisinin hücum nəticəsində öldüyü bildirilirdi.

Hollandiya Futbol Federasiyasının menecerlərindən Jan Dirk van der Zee, “Doğrudur, ildə 780 min matçla müqayisə etdikdə bu rəqəm az görünür, lakin bu vəziyyəti yüngül qəbul etməyəcəyik. Bizim problemdir və biz onu aradan qaldırmaq istəyirik”- dedi.

Bahar Rüstəm