Hollandiyada “De Roon” şoku

Bakı,28 may,Sporaz.tv

Avro-2024-də mübarizə aparacaq Hollandiyanın “Atalanta” klubunun yarımmüdafiəçisi Marten de Roon, zədəsi səbəbindən heyətdən kənarlaşdırılıb.

Sporaz.tv xəbər verir ki,“Atalanta”da çıxış edən De Run, İtaliya kubokunun final matçında zədələnib.

“Atalanta”nın “Leverkusen“i məğlub etdiyi matçda meydana çıxa bilməyən 33 yaşlı futbolçu Avro-2024-də mübarizə apara bilməyəcək.



 “Həyatımda heç vaxt bu qədər enişli-yoxuşlu həftə görməmişdim. İtaliya kubokunu uduzdum, UEFA Avropa Liqasını qazandım. Hollandiya millisinin formasını 42 dəfə geyinən De Run “İndi öyrəndim ki, Avro-2024-də ola bilməyəcəm”.
-dedi.

Qeyd edək ki, Hollandiya gələn həftə Kanada və İslandiya ilə yoldaşlıq oyunları keçirəcək.