Hollandiya – Türkiyə matçının hakimi bəlli olub

Bakı, 4 iyun, Sporaz.tv

Türkiyə komandasının 2024-cü il futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsində Hollandiya ilə keçirəcəyi oyunu Clement Turpin idarə edəcək.

Sporaz.tv məlumat verir ki, sabah futbol üzrə 2024-cü il Avropa çempionatında 1/4 final oyunlarına start veriləcək.

Milli komanda 6 iyul şənbə günü 1/4 finalda Hollandiya ilə qarşılaşacaq.

Bu oyundan əvvəl matçda çalışacaq hakimlər bəlli olub.

UEFA-nın saytında yer alan məlumata görə, millinin AVRO-2024-ün 1/4 final mərhələsində Hollandiya ilə keçirəcəyi oyunu Fransa Futbol Federasiyasından Kleman Turpin idarə edəcək.

Turpinin köməkçiləri eyni federasiyadan Nicolas Danos və Benjamin Pages olacaq. Matçın 4-cü hakimi Felix Zwayer, VAR hakimi isə Cerom Brisard olacaq.

Clement Turpin 2024-cü il Avropa Futbol Çempionatında indiyədək 2 matç idarə edib.

Turpin turnirin açılış matçında Almaniya Şotlandiya, eləcə də İngiltərə – Sloveniya matçında iştirak edib.