Bakı, 10 iyul, Sporaz.tv
Hollandiyanın Eredivisie komandası Fortuna Sittard “Alanyaspor“dan Onur Demiri heyətinə qatıb.
Sporaz.tv məlumat verir ki, ötən mövsüm ADO U21-dən “Alanyaspor”a cəlb edilən, daha sonra “Nazilli Belediyespor”a icarəyə verilən Onur Dəmirin yeni ünvanı Fortuna Sittarddır.
Fortuna Sittardın verdiyi açıqlamada 21 yaşlı Onur Dəmirlə 2+1 illik müqavilə imzalandığı bildirilib.
Onur Demir ötən mövsüm Türkiyə Kuboku və 2-ci Liqada ümumilikdə 2 matçda iştirak edib. Gənc mərkəz hücumçusu bu matçlarda nə qola, nə də assist edə bildi.