“Galatasaray”ın gündəmində Nicolas Taglifaco

Bakı, 27 avqust, Sporaz.tv

Sol cinah müdafiəçisi üçün transfer cəhdlərini davam etdirən “Galatasaray“(Qalatasaray)-ın gündəmində Nicolas Tagliafico olub. “Galatasaray” sol cinah müdafiəçiliyini argentinalı futbolçuya verib.

Sporaz.tv məlumat verir ki, yeni mövsüm üçün transfer səylərini davam etdirən “Galatasaray”-ın hədəf bölgələrindən biri də sol cinahdır. Bu kontekstdə gündəmə gələn ad Nicolas Tagliafico idi.

Derrick Köhnün oyunundan razı qalmayan Okan Buruk, rəhbərlikdən sol cinah müdafiəçisi transferini istəyib. Sarı-qırmızılı idarəçilər, Burukun xəbəri istiqamətində işlərini davam etdirərkən, Fransa mətbuatından diqqət çəkən bir iddia gəlib.

Galatasaray, sol cinah müdafiəçisi transferi üçün Nicolas Tagliaficoya üstünlük verib.

Xəbərdə xatırladılıb ki, Tagliafico Lyonun son liqa matçında heyətdən kənarlaşdırılıb.

31 yaşlı argentinalı sol cinah müdafiəçisi, “Lyon”-la müqaviləsinin son ilinə qədəm qoyub.

“Lyon”, 2022-23 mövsümünün əvvəlində Nicolas Tagliafikonu “Ajax“dan 4,2 milyon avroya transfer edib.

Ötən mövsüm Liqa 1-də 25 matça çıxan Tagliafico 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.