Henry Onyekuru üçün Super Liqa ehtimalı yenidən ortaya çıxır

Bakı, 6 sentyabr, Sporaz.tv

Ölkəmizdə “Galatasaray“(Qalatasaray) və “Adana Demirspor“da çıxış edən Henry Onyekuru üçün sürpriz transfer ehtimalı yaranıb. Superliqa komandası, Onyekuru ilə əlaqə saxlayıb.

Sporaz.tv məlumat verir ki, Henry Onyekuru 1 illik fasilədən sonra Super Liqaya qayıda bilər. İstanbul komandası, nigeriyalı cinah oyunçusu ilə danışıqlara başlayıb.

Superliqada “Galatasaray” və “Adana Demirspor”-da forma geyinən, sarı-qırmızılarla 1 Superliqa və 1 Türkiyə Kuboku sevincini yaşadan Henry Onyekuru, ötən mövsümün əvvəlində “Al-Fahya“(Əl-Fayha)-ya transfer olunub.

Səudiyyə Ərəbistanı təmsilçisi, Onyekuru üçün “Adana Demirspor”-a 3,2 milyon avro ödəyib.

“Al-Fayha” ilə müqaviləsinin son ilinə qədəm qoyan Henri Onyekuru üçün “Eyüpspor”un hazır olduğu iddia edilib.

“Ajansspor”-un verdiyi xəbərə görə, İstanbul komandası, 27 yaşlı nigeriyalı futbolçu ilə ilk təmasda olub.

2023-24 mövsümündə 34 matça çıxan Henry Onyekuru 11 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.