Hector Bellerin: “Qadın futbolçular da bizimlə eyni maaşı almalıdır”

Bakı, 22 iyul, Sporaz.tv

İspan futbolçu Hector Bellerin ölkəsində iştirak etdiyi podkast proqramında qadın həmkarlarının da onlarla eyni maaşı alması lazım olduğunu müdafiə edib.

Sporaz.tv xəbər verir ki,Cadena SER-də yayımlanan podkastın qonağı “Real Betis”də çıxış edən ispaniyalı sağ cinah müdafiəçisi Hector Bellerin olub.

29 yaşlı futbolçu qadın həmkarlarının daha az maaş aldıqlarını və onunla eyni maaşı almalı olduqlarını müdafiə edib.

Bellerin, “Düşünürəm ki, bu mütləq baş verməlidir. Bildiyim, istədiyim odur ki, qadınlar da eyni maaş alsınlar. Biz eyni dərəcədə peşəkarıq, eyni hüquqlara sahibik, eyni keyfiyyətə sahibik. Bunu necə edək. Mən hələ də başa düşmürəm.”-sözlərini deyib.

İspan futbolçu həmvətənlərini bu məsələ ilə bağlı addım atmağa çağırıb. Təcrübəli sağ cinah müdafiəçisi, “Kişi futbolunda da bu məsələ ilə bağlı addımlar atılmalıdır. Bizim mərhələmiz, resurslarımız və yollarımız var. Bu, bizdən başlayır. Dünya çempionatının finalına baxın. Klublar, qurumlar, liqalar bu məsuliyyəti öz üzərinə götürməlidir.” -deyib.