Hazırkı çempionun Kim Min-Jae planı

Bakı, 8 iyul, Sporaz.tv

Fenerbahçe“nin keçmiş futbolçusu Kim Min-jaenin Almaniya komandasından ayrılması, keçən yay transfer olunduğu “Bayern Munich“də gözləntilərin aşağı düşməsindən sonra gündəmə gəlib. FFP-nin pəncəsində olan A Seriyasının son çempionu “İnter“in Kim Min-jaeni heyətinə qatmaq planları qurduğu iddia edilir.

Sporaz.tv xəbər verir ki, İtaliya A Seriyasında mövsümü çempion olaraq başa vuran “İnter”in bir müddət “Fenerbahçe”də da çıxış edən “Bayern Munich”in müdafiəçisi Kim Min-Jaeni heyətinə qatmaq istədiyi iddia edilib.

Səudiyyə Ərəbistanından transfer təklifləri alan Stefan De Vrij komandadan ayrılsa, “İnter” holland müdafiəçinin boşluğunu Min-Jae ilə doldurmaq istəyir.

“Bayern Munich”in ötən mövsüm 50 milyon avroluq transfer haqqı ödəyərək “Napoli”dən heyətinə qatdıqları cənubi koreyalı müdafiəçini satmağa razı olduğu, lakin gözlənilən performansı ala bilmədiyi bildirilib.

Maliyyə Fair-Pleyi ilə bağlı UEFA ilə müqaviləsi olan “İnter”in bu transferi yalnız alqı-satqı öhdəliyi olmadan icarə üsulu ilə həyata keçirə biləcəyi bildirilib.

“İnter” və “Bayern Munich” arasında keçmiş müsbət münasibətlərin Kim Min-Jaenin transferi üçün düzgün razılaşmanın tapılmasına kömək edəcəyi şərh edilib.

“Bayern Munich”in heyətində 36 oyuna çıxan 27 yaşlı müdafiəçi 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Min-Jaenin Alman komandası ilə 2028-ci ilə qədər müqaviləsi var.

Bahar Rüstəm