Bakı,3 may, Sporaz.tv
Trendyol Super Liqasında çoxluqda qalmaq üçün mübarizə aparan “Atakaş Hatayspor”da Volkan Dəmirəlin dövrü başa çatıb.
Sporaz.tv xəbər verir ki, Bordo-ağların çalışdırıcısı Volkan Dəmirəl istefa ərizəsini rəhbərliyə təqdim edib.
Atakaş Hatayspor rəhbərliyi 42 yaşlı məşqçinin istefasını qəbul edib.
34-cü həftəni enmə zonasında başa vuran Güney komandası liqada 4 matçda məğlub olur.
2022-ci ilin sentyabrında tünd qırmızı-ağ komandanın başına keçən Volkan Dəmirəl bütün yarışlarda 55 matçda iştirak edib. Hatay komandası bu müddətdə meydandan 16 qalibiyyət, 16 heç-heçə və 23 məğlubiyyətlə ayrılıb.
Vüqar Alışov