“Hatayspor” tale matçına çıxacaq

Bakı, 23 may, Sporaz.tv

Trendyol Super Liqasında qalmaq uğrunda mübarizə aparan “Hatayspor” son həftədə “Çaykur Rizespor”la qarşılaşmada mütləq qələbə qazanmağı hədəfləyib.

Sporaz.tv xəbər verir ki, Məşqçi Özhan Pulatın idarə etdiyi tünd qırmızı-ağlılar 38 xalla 17-ci pillədə qərarlaşıb.

Düşmə zonasında olan “Hatayspor” liqanın son həftəsində 26 may bazar günü saat 19.00-da Mersin stadionunda qarşılaşacağı “Çaykur Rizespor”la matçın hazırlıqlarını davam etdirir.

Vüqar ALIŞOV