Harry Kanedən Cristiano Ronaldo sözləri

Bakı, 9 sentyabr, Sporaz.tv

İngiltərə millisinin kapitanı Harry Kane karyerasında örnək götürdüyü adlardan birinin Cristiano Ronaldonun olduğunu bildirib. Ronaldo ilə bağlı Kane: “Ronaldonun dünən 901-ci qolunu vurması və karyerasını 39 yaşında davam etdirməsi məni mümkün qədər oynamağa ruhlandırır”- deyib.

Sporaz.tv məlumat verir ki, UEFA Millətlər B Liqasında sabah evdə Finlandiya ilə qarşılaşacaq İngiltərə yığmasının kapitanı Harry Kane oyun öncəsi sualları cavablandırıb.

Kane Cristiano Ronaldonun onu ruhlandırdığını və karyerasını uzun illər davam etdirə biləcəyini bildirib.

Kane sözlərinə belə davam edib: “Mən bu oyunu sevirəm, İngiltərə üçün oynamağı sevirəm və bunun tezliklə bitməsini istəmirəm. Kim bilir, neçə oyun keçirə bilərəm və daha neçə qol vura bilərəm? məhdudiyyətlər.”

Harry Kane sabah Finlandiya ilə oynayacağı təqdirdə İngiltərə millisinin heyətində 100-cü matçına çıxacaq. Kane millinin heyətində 99 oyunda 66 qol vurub.

Leave a Reply