Harry Kane: “Sahib olduğum ən böyük imtiyaz…”

Bakı, 16 iyun, Sporaz.tv

İngiltərə Milli Komandasının kapitanı Harry Kane Almaniyada keçirilən 2024-cü il Avropa Futbol Çempionatında (AVRO 2024) xoşbəxt sona çataraq tarix yazmaq istədiklərini bildirib.

Sporaz.tv xəbər verir ki, Harry Kane UEFA-nın saytına verdiyi müsahibədə, “Düşünürəm ki, əvvəlki turnirlərdəki çıxışımızla favorit olmağa layiqik. Amma eyni zamanda, biz daha əvvəl Avropa Çempionatını qazanmamış komandayıq, ona görə də tarix yazmaq istəyirik. Bu, nail olmağa çalışdığımız bir məqsəddir, amma qarşıdadır. Biz bunun uzun və çətin bir yol olacağını bilirik” dedi.

Dörd böyük turnirdə İngiltərə Milli Komandasının kapitanı olacaq ilk oyunçu olacaq Harry Kane deyib: “İngiltərənin kapitanı olmaq və bu komandaya rəhbərlik etmək yəqin ki, sahib ola biləcəyim ən böyük imtiyazdır. Dördüncü dəfə bunu etmək şərəfdir. Son üç turnirdə dörddəbir final oynadıq, Yarı final və final oynadıq, inşallah bu dəfə də qalib gələcəyik” qiymətləndirməsini etdi.

Komandanın heyətindən yüksək danışan 30 yaşlı futbolçu, “Məncə, bu heyət ən yaxşılardan biridir. Qorxmaz və inanılmaz gənc istedadlar gəlir. Komanda yoldaşlarıma hər şeyin öhdəsindən gəlməyə kömək edə bilsəm, bu, mənim üçün əla olardı. Bizim çox yaxşı birliyimiz var və bu bizə kömək edir” şərh etdi.

Bahar Rüstəm