Harry Kane İngiltərə millisində 100-dən artıq oyun keçirən onuncu futbolçu olub

Bakı, 11 sentyabr, Sporaz.tv

İngiltərə millisinin futbolçusu Harry Kane yığmanın heyətində 100-dən artıq oyun keçirən onuncu futbolçu kimi tarixə düşüb.

Sporaz.tv xəbər verir ki,31 yaşlı hücumçu Millətlər Liqasının hazırda davam edən Finlandiya ilə matçında meydana çıxıb və milli tarixində 101-ci qarşılaşmasını keçirir.

“Bayern Munich”in (Almaniya) hücumçusu İngiltərə millisini meydana kapitan sarğısında çıxarıb.

İngiltərə yığmasının heyətində 100-dən artıq matç keçirənlər:

  1. Peter Shilton
  2. Wayne Rooney
  3. David Beckham
  4. Steven Gerrard
  5. Bobby Moore
  6. Ashley Cole
  7. Bobby Charlton
  8. Frank Lampard
  9. Billy Wright
  10. Harry Kane

Mənbə:Report

Leave a Reply