Harry Kane, bir çox ulduzu geridə qoydu

Bakı, 28 avqust, Sporaz.tv

Harry Kane “Bayern München” ilə çempionluq sevincini yaşaya bilməsə də, vurduğu qollarla fərqlənməyi bacarıb.

Sporaz.tv xəbər verir ki, Kane Allianz Arenada keçirilən mərasimdə keçən mövsüm Avropanın bombardiri olduğu üçün qazandığı “Qızıl Ayaqqabı” mükafatını aldı.

İngilis ulduz Kane 2023-2024-cü il mövsümündə vurduğu 36 qolla Avropanın Qızıl Ayaqqabı mükafatına layiq görülüb.

31 yaşlı futbolçu, Erling Haaland, Kylian Mbappé və Lautaro Martínez kimi ulduzları geridə qoyaraq, Avropanın bombardiri olub.

Məşhur hücumçu mükafatını “Bayern München”-in “Allianz Arena” stadionunda keçirilən mərasimdə alıb. “Bayern München”nin meneceri Jan-Christian Dreesen mükafatlandırma mərasimində Harry Kane “360 dərəcə oyunçu” adlandırıb.

Ulduz futbolçu, “Bayern München”-ə transferinin karyerasında böyük bir addım olduğunu söylədi; “Bu, həyatımın ən yaxşı qərarlarından biri idi. İndiyə qədər hər anı zövqlü olub” dedi.