Hans-Dieter Flick “Barcelona”da

Bakı,29 may,Sporaz.tv

İspaniyanın “Barcelona(Barselona)” komandasının yeni baş məşqçisi bəlli olub.

Yerli media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə almaniyalı “Hans-Dieter-Flick (Hans-Diter Flik)” gətirilib. 59 yaşlı mütəxəssislə müqavilə 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.

O, bu postda ispaniyalı “Xavi Hernandes (Xavi Ernandes)”i əvəzləyib.

Qeyd edək ki, “Hans-Dieter-Flick (Flick Hans-Diter Flik)”-in son iş yeri 2023-cü ilin sentyabrına qədər rəhbərlik etdiyi Almaniya millisi olub.

Mənbə:Azərtac