Hamit Altıntopdan EURO 2024 qiymətləndirməsi

Bakı, 20 iyun, Sporaz.tv

Türkiyə Futbol Federasiyasının (TFF) Milli Komandalardan Məsul İdarə Heyətinin üzvü Hamit Altıntop 2024-cü il Avropa Futbol Çempionatında (AVRO 2024) matçların rəqabətli olduğunu bildirib.

Sporaz.tv xəbər verir ki,  Hamit Altıntop Milli Futbol Komandasının Barsinghauzendəki düşərgə mərkəzində açıqlama verib.

Azarkeşlərin dəstəyinin çox dəyərli olduğunu bildirən Altıntop, “Bu, çox qürurvericidir. Onların bayrağımıza qucaq açması çox dəyərlidir. Bunun əvəzini meydanda ən yaxşı şəkildə ödəmək istəyirik. Buna nail ola bildik”.

Hamit Altıntop Mert Müldürün Gürcüstana vurduğu qolla Qazaxıstana vurduğu qollu müqayisə edərək, “Topun uçuşu və o küncə getməsi Qazaxıstana vurduğum qol kimi idi”.

Vüqar ALIŞOV