Bakı, 12 noyabr, Sporaz.tv
Misli Premyer Liqasının XIII turunda “Turan-Tovuz” səfərdə “Səbail”in qonağı olub.
Sporaz.tv xəbər verir ki, 1-1 hesabı ilə bitən qarşılaşmadan sonra “Turan-Tovuz”un üzvü Rüfət Əhmədov oyunla bağlı təəssüratlarını bölüşüb:
-Oyun haqqında düşüncələriniz?
Birinci hissə pis oynadıq. Amma ikinci hissə yaxşı idik. Oyun yaxşı keçsə də, qol vura bilmədik.
-Sizcə, oyunun qırılma nöqtəsi nə idi?
Penaltinin qarçırılması. İkinci qolda məndə şübhə qaldı açığı. Offside olub olmadığından tam əmin ola bilmədim.
-Növbəti oyun “Sabah”la olacaq. Nə düşünürsüz?
-Hələ milli ara var. Yəqin ki komandadan milliyə gedənlər olacaq.
-“Turan – Tovuz” indiyə qədər səfərdə “Səbail”ə 1 qoldan artıq vura bilmir. Bu nə ilə bağlıdır?
-Bilmirəm.
-Mövsüm sonunda “Turan-Tovuz”u Avroliqa komandaları arasında görə bilərikmi?
-Yüz faiz, inşallah.
-Liqada yuxarı yerlər uğrunda mübarizədə sizə ən çox maneçilik törədən komanda hansıdır?
-Məncə, hamısı çətinlik törədir.
Bahar Rüstəm