Hamilton: “Maşın bütün həftə sonu bərbat idi”

Bakı, 4 noyabr, Sporaz.tv

Lewis Hamilton İnterlaqosdakı çətin yarışdan sonra mövsümü başa vurmağı səbirsizliklə gözlədiyini söyləyib.
Sporaz.tv  xəbər verir ki, Braziliya QP-dən sonra açıqlama verən Lewis Hamilton avtomobilin performansından və daim qarşılaşdığı problemlərdən məyus olduğunu bildirib.

Hamilton deyib: “Bəli, yarış dəhşətli idi, lakin Sennanın avtomobilini sürmək hələ də günün ən yaxşı anı idi. İnterlaqosda bu təcrübəni yaşadığım üçün çox xoşbəxtəm və minnətdaram. Azarkeşlər inanılmaz dərəcədə həvəsli idilər, ancaq maşın haqqında danışmayaq, çünki o, həqiqətən pis idi. Dünən pis idi, bu gün pis idi. Əslində dünən dəhşətli idi. Təsnifatda dəhşətli idi. Sprint yarışında dəhşətli idi. Maşın bütün həftə sonu çox pis idi. Diqqətimi başqa şeyə cəmləyirəm. Çempionluq uğrunda mübarizə aparmıram. Çempionatı harda bitirməyimin heç bir əhəmiyyəti yoxdur. George-dan qabaqda və ya onun arxasında bitirməyimin fərqi yoxdur. Tək istəyim odur ki, maşınla maneəyə dəyməmək və mümkünsə komandaya xal qazanmağa çalışmaq. Növbəti yarışlarda mənə trasda dönməyən maşın versələr, bəlkə daha yaxşı nəticə əldə edərik. Milad bayramını səbirsizliklə gözləyirəm”.

Məhəmməd Qasımov

Leave a Reply