Bakı, 11 noyabr, Sporaz.tv
“Ankaragücü”nün sabiq prezidenti Faruk Koca 4 il müddətinə azadlıqdan məhrum edilib.
Sporaz.tv xəbər verir ki, klubun sabiq rəhbəri qəsdən sağlamlığa ziyan vurma ittihamı ilə cəzalandırılıb. Ötən ilin dekabrında Faruk Koca Türkiyə Super Liqasının 15-ci turunda “Rizespor”la (Rizəspor) (1:1) baş verən oyundan sonra hakim Halil Umut Melere hücum edib.
Daha sonra “Ankaragücü”nün prezidenti vəzifəsindən istefa verib və ömürlük futboldan uzaqlaşdırılıb.