Hakim Ziyechin transferi ilə bağlı rəsmi açıqlama gəlib

Bakı, 5 sentyabr, Sporaz.tv

Galatasaray (Qalatasaray)-dan ayrılmağa hazırlaşan  Hakim Ziyech, Qətər komandalarının pəncəsindədir.

Sporaz.tv xəbər verir ki,  Hakim Ziyechin də “Galatasaray”-dakı gediş karvanına qatılacağı gözlənilir. Qətər komandalarının pəncəsində olan Ziyechin transferi ilə bağlı açıqlama verilib.

Qətər komandalarından olan  Al-Gharafa (Əl-Qarafa),  Hakim Ziyech üçün danışıqlara başlayıb. Al-Gharafa (Əl-Qarafa)-dan sonra mərakeşli futbolçunu istəyən digər Qətər təmsilçisi Al-Arabi (Əl-Ərəbi)-dir.

Digər tərəfdən  Hakim Ziyechin transferi ilə bağlı Al-Arabi (Əl-Ərəbi)-dən rəsmi açıqlama gəlib.

Le Site Info-ya danışan Al-Arabi (Əl-Ərəbi) Klubunun Komitəsinin üzvü Khalid Al Mas, “Heç bir komanda  Hakim Ziyech kimi keyfiyyətli oyunçudan imtina edə bilməz” -deyib.

Khalid Al Mas, Ziyech danışıqları haqqında əlavə məlumat verməkdən imtina etsə də, ən yaxşı futbolçularla müqavilə imzalamağı hədəflədiklərini bildirib.

“Galatasaray”la daha 1+1 illik müqaviləsi olan  Hakim Ziyech, bu mövsüm keçirdiyi 4 matçda hesaba töhfə verə bilməyib.