Hakim Ziyechin iz qoyduğu matçda Mərakeş qalib gəlib

Bakı, 7 sentyabr, Sporaz.tv

Galatsaray“(Qalatasaray)-dan Hakim Ziyechlə “Fenerbahçe“(Fənərbaxça)-dan Sofyan Amrabatın da çıxış etdiyi matçda Mərakeş, Qabonu 4:1 hesabı ilə məğlub edib. Ziyech iki qolla gecənin ulduzu olub.

Sporaz.tv məlumat verir ki, 2025-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsinin B qrupunda, Qabonu qəbul ediblər. Qarşılaşmada meydan sahibləri 4-1 qalib gəlsə də, “Galatasaray”ın mərakeşli ulduzu Hakim Ziyech matça damğasını vuran ad olub.

Mərakeşə qələbə qazandıran qolları 10 və 26-cı dəqiqələrdə penaltilərdən Hakim Ziyech, 59-cu dəqiqədə Brahim Diaz və 82-ci dəqiqədə Ayoub El Kaabi vurub. Qarşılaşmaya ilk 11-də başlayan Ziyechi 75-ci dəqiqədə Azzedine Ounahi əvəzləyib. “Fenerbahçe”-nin yeni transferi Sofyan Amrabat 90 dəqiqə meydanda olub.

Qabonun yeganə qolu 40-cı dəqiqədə penaltidən Pyer Obameyanqdan gəlib. Aubameyang, 16-cı dəqiqədə penaltidən yararlana bilməyib. Qabondakı matça ilk 11-də başlayan “Kocaelispor”un müdafiəçisi Aaron Appindangoye, 66-cı dəqiqədə Bruno Ecuele ilə əvəzlənib.

Leave a Reply