Bakı, 1 oktyabr, Sporaz.tv
“Galatasaray“(Qalatasaray)-ın mövsümün əvvəlində yeni müqavilə imzaladığı Hakim Ziyech, gözləntilərdən aşağı olub. “Galatasaray”, Hakim Ziyechlə bağlı qərarını verib.
Sporaz.tv məlumat verir ki, “Galatasaray” 2023-24 mövsümünün əvvəlində icarəyə götürdüyü Hakim Ziyechlə yeni mövsümdən əvvəl 1+1 illik yeni müqavilə imzalayıb.
“Galatasaray” 2024-25 mövsümündə gözləntiləri qarşılaya bilməyən mərakeşli futbolçu üçün qərar verib.
“Galatasaray”, Hakim Ziyechlə yollarını ayırmaq qərarına gəlib. Xəbərin təfərrüatında sarı-qırmızılıların təcrübəli futbolçu ilə fasilədə yollarını ayırma ehtimalının yüksək olduğu bildirilib.
Xəbərdə o da xatırladılıb ki, Hakim Ziyech bu mövsüm 15 matça oynadığı təqdirdə meydana çıxacağı xatırladılıb. Bu mövsüm bütün yarışlarda 4 oyun keçirən və 237 dəqiqə meydanda qalan Hakim Ziyech, hesaba töhfə verə bilməyib.