Hakim Ziyech üçün sürpriz transfer iddası ortaya atılıb

Bakı, 2 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray)-dan ayrılacağı gözlənilən Hakim Ziyech üçün gecə saatlarında sürpriz transfer iddiası ortaya atılıb. Ziyechlə danışıqlara başlanıldığı vurğulanarkən, futbolçunun istədiyi maaş da qeyd olunub.

Sporaz.tv məlumat verir ki, Hakim Ziyech də “Galatasaray”-dakı gediş karvanına qoşula bilər.

“Sarı-qırmızılar” Köhn Dubois ilə vidalaşıb və Ziyechlə də vidalaşacağı gözlənilir.

“Galatasaray”-la bağlı hər şeyi sosial media hesabından silən Hakim Ziyech üçün sürpriz transfer iddiası ortaya atılıb.

Olympiakos“(Olimpiakos)-un Ziyechin maraqlandığı açıqlanıb. Yunan nəhənginin, mərakeşli ulduzla danışıqlara başladığı və danışıqların müsbət istiqamətdə getdiyi vurğulanıb.

Yenə də Hakim Ziyechin ən azı 3 milyon avro maaş tələb etdiyi xəbərlərdə yer alıb.

Yunanıstanda yay transfer pəncərəsi sentyabrın 11-də başa çatacaq. “Galatasaray”-ın yeni mövsümdən əvvəl 1+1 illik müqavilə bağladığı 31 yaşlı Ziyech, 2024-25-ci illərdə keçirdiyi 4 matçda hesaba töhfə verə bilməyib.