Hakan Çalhanoğlunun namizəd olduğu “Qızıl Top” üçün təəccüblü iddia

Bakı, 24 sentyabr, Sporaz.tv

“France Football” jurnalının 1956-cı ildən bəri təşkil etdiyi “Qızıl top” mükafatlandırma mərasimi üçün geri sayım başlayıb. Hakan Çalhanoğlunun da namizəd olduğu 2024-cü ildə mükafatın sahibi üçün ispanlar, tərəfindən təəccüblü iddia irəli sürülüb.

Sporaz.tv məlumat verir ki, “İnter”-də uğurlu mövsüm keçirən Hakan Çalhanoğlu, 2024-cü ildə “Qızıl top”-a namizəddi. Avropada ilin ən yaxşı futbolçusuna verilən mükafatla bağlı diqqətçəkən iddia ortaya atılıb.

Bu il Qızıl topun qalibi Vinicius Jr. olacaq. İddiaya görə, “Real Madrid” ulduzuna mükafatı qazandığı deyilib. Vinicius Jr. 2023-2024 mövsümündə “Real Madrid” ilə La Liqa və Çempionlar Liqasının qalibi olub.

Qızıl topun mükafatlandırma mərasimi bu il oktyabrın 28-də bazar ertəsi keçiriləcək.

Vinicius Junior ötən mövsüm “Real Madrid“-in heyətində 39 oyun keçirib. 24 yaşlı futbolçu bu matçlarda 24 qol vurub, 11 məhsuldar ötürmə edib.

Leave a Reply