Bakı, 29 oktyabr, Sporaz.tv
“Roma” – “İnter” matçında zədələnərək “Juventus”(Yuventus)-la İtaliya derbisini buraxan Hakan Çalhanoğlu meydana nə vaxt dönəcəyini açıqlayıb.
Sporaz.tv məlumat verir ki, “İnter”-in “Roma”-ya 1:0 hesabı ilə qalib gəldiyi matçda zədələnərək oyunu tərk edən Hakan Çalhanoğlu səhhəti ilə bağlı açıqlama verib.
La Gazetta dello Sport-a danışan Hakan: “Tezliklə, çox yaxında. Düşünürəm ki, bazar günü yenidən hazır olacağam” dedi. O, noyabrın 3-ü bazar günü A Seriyasında keçiriləcək “İnter” – “Venesiya” matçında meydana qayıdacağına işarə edib.
Türkiyəli futbolçu çıxış etdiyi İtaliya komandası olan “İnter”in dünyanın ən güclü 5 komandasından biri olduğunu bildirərək: “Bu gün mənim fikrimcə “İnter” dünyanın ən güclü beş komandası sırasındadır. Əminəm ki, kifayətdir.”-dedi.
Yoxluğunda onun yerinə gələn Piotr Zielinskinin də özü qədər yaxşı olduğunu söyləyən Çalhanoğlu: “İllərdir meydanda başqa bir şey etdikdən sonra bu rolu oynamaq asan deyil. Əla iş gördü, onu təbrik edirəm. .” deyib.
Hakan Çalhanoğluna “Juventus” matçında polşalı futbolçunun vurduğu 2 penalti qolu ilə bağlı suala: “Penaltilərdən iki qol vurdu, xoşbəxtəm, çünki mənim yerimə vura biləcək biri var”- deyə cavab verib.