Hakan Çalhanoğlu zədəsinə baxmayaraq ilk 11-likdə yer alıb

Bakı, 11 sentyabr, Sporaz.tv

Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlunun ağrılarına baxmayaraq İslandiya matçında oynadığı bildirilib.

Sporaz.tv xəbər verir ki, Uels və İslandiya ilə qarşılaşan Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlunun verdiyi fədakarlıq üzə çıxıb.

Uels matçından əvvəl zədələnən Hakan Çalhanoğlu, cəmi bir dəfə məşq edib. Çalhanoğlu, zədəsindən asılı olmayaraq, komandanın sayı 10-a çatdıqdan sonra ona ehtiyac duyulduğu üçün formanı geyinib.

Futbolçu, İslandiya matçında zədəli vəziyyətlə 45 dəqiqə meydanda qalıb. Ulduz futbolçunun “bacardığım qədər oynayacam” deyərək meydana çıxdığı bildirilib.

Leave a Reply