Bakı, 21 oktyabr, Sporaz.tv
A Seriyasının 8-ci həftəsində “İnter” səfərdə “Roma”nı qəbul edib. “İnter” 1:0 hesablı qələbə qazanıb. “İnter”də çıxış edən millimizin futbolçusu Hakan Çalhanoğlu zədəsi səbəbindən 12-ci dəqiqədə oyunu tərk edib.
Sporaz.tv xəbər verir ki, Olimpiya Stadionunda keçirilən görüşdə “İnter” tək qolla qalib gəlib. Qələbə qolu 60-cı dəqiqədə Lautaro Martinezdən gəlib.
“İnter”də çıxış edən milli futbolçu Hakan Çalhanoğlu 12-ci dəqiqədə zədələndiyi üçün onu Frattesi əvəzləyib.
Bu nəticə ilə “İnter” liqada xalını 17-yə yüksəldib və “Napoli”dən 2 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb. “Roma” 10 xalla 10-cu pillədə qalıb.
“İnter” A seriyasında növbəti matçında İtaliya derbisində “Yuventus”u qəbul edəcək. “Roma” həmin həftə “Fiorentina”nın qonağı olacaq.
Bahar Rüstəm