Hakan Çalhanoğlu Rüştü Reçberin rekorduna çatdı

Bakı, 6 iyul , Sporaz.tv

Futbol üzrə Avropa çempionatında 9-cu matçına çıxan Hakan Çalhanoğlu Rüştü Reçberin rekordunu bölüşüb.

Sporaz.tv xəbər verir ki, 2024-cü il Avropa Futbol Çempionatında Türkiyə Milli Komandası 1/4 finalda Hollandiya ilə üz-üzə gəlib.Türkiyə Hollandiya ilə matça Mert Günok, Mert Müldür, Samet Akaydın, Abdülkerim Bardakcı, Ferdi Kadıoğlu, Salih Özcan, Kaan Ayhan, Hakan Çalhanoğlu, Kenan Yıldız, Barış Alper Yılmaz, Arda Gülerin 11-i ilə başlayıb.

Türkiyə Millisinin heyətində ilk 11-likdə matça başlayan Hakan Çalhanoğlu Avropa Futbol Çempionatında 9-cu matçına çıxıb.Belə ki, Hakan Çalhanoğlu Rüştü Reçberin rekordunu paylaşıb.Hakan Çalhanoğlu cəzalı olduğu üçün AVRO-2024-də Avstriya matçında oynamayıb, Çexiya matçında qol vurub.

Bahar Rüstəm