Hakan Çalhanoğlu qərarını açıqlayıb

Bakı, 25 iyun, Sporaz.tv

Hakan Çalhanoğlu, son günlər mətbuatda “İnter“dən ayrılacağı ilə bağlı yayılan xəbərləri təkzib edib. Türkiyə Millisinin futbolçusu mavi-qaralar klubunda qazandığı kuboklara yeni kubokların əlavə oluna biləcəyi ehtimalından həyəcanlı olduğunu bildirib.

Sporaz.tv xəbər verir ki, son günlər Milan komandasını tərk edərək “Bavariya“ya gedəcəyi ilə bağlı xəbərlər yayılan milli futbolçu bu iddiaları təkzib edib.

30 yaşlı futbolçu sosial media hesabında karyerasını “İnter”də davam etdirəcəyini açıqlayıb.

Mətbuatda çıxan xəbərlərə görə belə bir açıqlama vermək məcburiyyətində qaldığını bildirən Hakan Çalhanoğlu, “Yalnız Milli Komandanın uğurlarına diqqət yetirdiyim bu günlərdə informasiya çirkliliyinin davam etməsini istəməzdim. Çox xoşbəxtəm. “İnter”lə klubumuz və azarkeşlərimiz arasında güclü bir bağ var.”-dedi.

Təcrübəli futbolçu, bu mövsüm “İnter”də 42 matçda 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

Hakan Çalhanoğlunun mavi-qaralar klubu ilə 30 iyun 2027-ci ilə qədər müqaviləsi var.