Hakan Bilal Kutlualpdan Aziz Yıldırım iddiası

Bakı,23 may,Sporaz.tv

” Fenerbahçe“nın keçmiş idarəçilərindən Hakan Bilal Kutlualp iddialı açıqlamalar verib. Kutlualp ” Fenerbahçe”nın Aziz Yıldırımla 3 il ardıcıl çempion olacağını iddia edib.

Sporaz.tv xəbər verir ki, ” Fenerbahçe”nın keçmiş idarəçilərindən olan Hakan Bilal Kutlualp təşkil etdiyi qurumda önəmli açıqlamalar verib. Kutlualp Aziz Yıldırımla bağlı iddia ilə çıxış edib.

“Axşam” qəzetinin suallarını cavablandıran Hakan Bilal Kutlualp, Alex de Souza və Nicolas Anelkanın transferləri ilə bağlı ona davamlı olaraq sual verildiyini bildirərək, “Bunlar arxada qaldı. Bundan sonra daha yaxşıları gələcək” dedi.
6 illik uğursuz bir dövr olduğunu bildirən Hakan Bilal Kutlualp, “Kim seçkini çempionluqdan əvvəl qoyarsa, “Fenerbahçe” azarkeşi deyil” dedi.

Kutlualp, Aziz Yıldırımın namizədliyini açıqladıqdan sonra “Derbidə qalib gələcəyik” deməsinin cəmiyyətə hava gətirdiyini söyləyərək, “Mən də dedim ki, qalib gələcəyik. Derbidə qalib gəldik, bayram etmək və ” Fenerbahçe” azarkeşlərinin bir araya gəlməsinə icazə vermək istəyirdik. “

Hakan Bilal Kutlualp ” Fenerbahçe”nin Aziz Yıldırımla 3 il ardıcıl çempion olacağını iddia edib.

Bahar Rüstəm