Haaland hat-trick edib

Bakı, 24 avqust, Sporaz.tv

Erling Haalandın 3 qol vuraraq ulduza çevrildiyi matçda “Manchester City” “Ipswich Town“u 4-1 məğlub edib. Dünən “City”yə transfer olunan İlkay Gündoğan 71-ci dəqiqədə oyuna daxil olub.

Sporaz.tv xəbər verir ki, İngiltərə Premyer Liqasının ikinci həftəsində “Manchester City” “Ipswich Town”u qəbul edib. “Etihad” stadionunda keçirilən oyunda meydan sahibləri 4:1 hesabı ilə qalib gəlib.

“Manchester City”ə qələbə gətirən qolları 12, 16 və 88-ci dəqiqələrdə Erling Haaland, 14-cü dəqiqədə isə Kevin De Bruyne vurub. “Ipswich Town” klubunun yeganə qolu 7-ci dəqiqədə Samuel Szmodicsdən gəlib.

3 qolu 4 dəqiqəyə sığdırmağı bacaran “City”yə het-trik edən Haaland matça damğasını vuran ad olub. Norveçli ulduz Premyer Liqanın ilk 2 həftəsində 4 dəfə fərqlənib.

Dünən “Barcelona”dan “Manchester City”yə qayıdan və İngiltərə komandası ilə müqavilə imzalayan İlkay Gündoğan 71-ci dəqiqədə Jeremy Dokunu əvəzləyərək oyuna daxil olub.

Premyer Liqada günün digər oyunlarının nəticələri belədi:

  • “Brighton” & “Hove Albion” 2 – 1 “Manchester United”
  • “Tottenham” 4 – 0 “Everton”
  • “Fulham” 2 – 1 “Leicester City”
  • “Crystal Palace” 0 – 2 “West Ham United”
  • “Southampton” 0 – 1 “Nottingham Forest”

Bahar Rüstəm